Bakının Nərimanov rayonunda yerləşən “Acıktım” adlı iaşə obyektində xoşagəlməz hadisə baş verib. Patrul.az xəbər verir ki, sözügedən məkandan lavaşda tantuni alan vətəndaş yeməyi yediyi zaman içindən şüşə qırığı çıxdığını bildirib. Məlumata görə, şüşə qırığı nəticəsində vətəndaşın ağzı və dili kəsilib. Hadisədən dərhal sonra müştəri obyekt əməkdaşlarına yaxınlaşaraq məsələ ilə bağlı izahat tələb edib. Lakin iddiaya əsasən, obyekt əməkdaşları vəziyyətə ciddi yanaşmayıb, məsuliyyət daşımadıqlarını bildirərək vətəndaşı ələ salıblar.