Salam, dəyərli izləyicilərim. Artıq qısaqolları yenidən uzunqollar ilə əvəz etmək lazım olacaq. Havanın temperaturunun bir qədər aşağı enməsi bu gündən etibarən gözlənilir.
Ayın 12-dən etibarən tədricən ölkə ərazisinin cənub, şimal, şimal-qərb və bəzi qərb bölgələrində temperaturun aşağı enməsi müşahidə olunacaq. Eyni zamanda Bakı və Abşeron yarımadasında da havanın nisbətən sərin keçməsi gözlənilir.
Xüsusilə mayın 15-dən sonra Bakı və Abşeron yarımadasında temperaturun daha çox aşağı düşməsi, yağıntıların isə bir qədər artması ehtimal olunur. 15-dək isə respublikamızın qeyd edilən bir sıra bölgələrində, eləcə də Bakı, Abşeron yarımadası və Sumqayıtda lokal xarakterli qısamüddətli yağışlar müşahidə oluna bilər.
Bu yağıntılı hava şəraitinin ayın ikinci ongünlüyünün sonunadək davam etməsi ehtimal edilir. Xüsusilə ayın 15-dən sonra temperaturun daha da aşağı düşməsi mümkündür. Bununla bağlı daha ətraflı məlumatlar təqdim olunacaq.
hava3.11 ən operativ hava məlumatları üçün bizi izləyin 🇦🇿❄️🌧️